Dünyada koronavirusa yoluxma hallarının sayı 534 778 086 nəfərə çatıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.
Dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 308 min 12 nəfər COVID-19 infeksiyasının təsirindən dünyasını dəyişib. pizza
20 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya da var.
Xəstəliyə yoluxanların və infeksiyanın nəticələrindən ölənlərin sayı müvafiq olaraq:
ABŞ - 85,468,816 və 1,011,164.
Hindistan - 43,213,435 və 524,757.
Braziliya - 31 417 341 və 667 960.
Fransa - 29 946 697 və 149 749.
Almaniya - 26 803 867 və 139 806.
Böyük Britaniya - 22 571 880 və 179 884.
Dünyada baş verən mühüm hadisələrlə bağlı statistik məlumatlar üzrə ixtisaslaşmış “Worldometer” portalının məlumatına görə, Şənbə günü səhər planetin hər 1 milyon nəfərinə düşən ölüm göstəricisi 812,1-ə çatıb.
ABŞ-da hər 1 milyon əhaliyə 3094, Hindistanda 373, Braziliyada 3100, Fransada 2269, Almaniyada 1662, Böyük Britaniyada 2613 nəfər ölüb.
Telegram kanalımız