“Dünyada elə bir lider yoxdur ki, Putini müharibəni dayandırmağa məcbur etsin“   - Zelenski

saytların hazırlanması

Evə çatdırılma

“Dünyada elə bir lider yoxdur ki, Putini müharibəni dayandırmağa məcbur etsin“ - Zelenski

Dünya

16 İyun 2022 22:31 1079


Hazırda dünyada elə bir lider yoxdur ki, Rusiya Prezidenti Vladimir Putinlə fikir mübadiləsi aparıb onu Ukraynada müharibəni dayandırmağa məcbur etsin. 

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, Putin qərar verməzdən əvvəl onun nəticələrini düşünmür. pizza sifarişi

"Onun nəyisə eşitməyə hazır olduğuna əmin deyiləm. Mənə elə gəlir ki, o, qərar qəbul etmə mərhələsindədir. O əvvəlcə hərəkətə keçir, sonra fikirləşir”, - Zelenski qeyd edib.

Ukrayna liderinin sözlərinə görə, yalnız kollektiv şəkildə, birləşməklə Rusiyanı dayandırmaq olar.

Zelenski bundan əvvəl deyib ki, indi Ukraynanın sülh danışıqlarına başlamaq imkanı yoxdur. Rusiya rəhbərliyi dialoq aparmaq istəmir və buna hazır deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!