“Düşmən qardaşlar” arasında buzlar əriyir

saytların hazırlanması

Evə çatdırılma

“Düşmən qardaşlar” arasında buzlar əriyir

Dünya

22 Aprel 2022 11:45 560


Şimali Koreya lideri Kim Çen In və vəzifəsini tərk etmək üzrə olan Cənubi Koreya prezidenti Mun Çje İn arasında məktub mübadiləsi aparılıb.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Cənubi Koreyalı həmkarına münasibətlərin yaxşılaşdırılması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib.

Cənubi Koreya lideri Mun məktubunda 2018-ci ildə iki ölkə arasında keçirilən sammitlərdə əldə olunan birgə qərarlar istiqamətində dialoq üçün səylərini davam etdirəcəyini bildirib. Kim Çen In bu məktuba cavabında münasibətlərin yaxşılaşacağına ümid etdiyini bildirib. Marqarita pizza

Cənubi Koreyada prezidentliyə hazırlaşan mühafizəkar siyasətçi Yoon Suk-Yeolun Şimali Koreyaya qarşı daha sərt siyasətlər aparacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci ildə Kim və Mun arasında keçirilən üç ayrı sammitdə tərəflər sülh və barışıq vəd edib, lakin son illərdə münasibətlər yenidən gərginləşib.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!