Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya "Telegram" kanalları məlumat yayıb.
Artıq hazırlanmış qanun layihəsinə əsasən, xarici vətəndaşın Rusiya Federasiyasında vizasız müvəqqəti qalma müddətinin hər 180 günlük müddətdə ümumən90 günədək azaldılması, yəni təqvim ili üçün cəmi 90 gün olması təklif edilir. Marqarita pizza
Təşəbbüs müəlliflərinin fikrincə, belə bir tədbir işləmək məqsədilə Rusiya Federasiyasına üz tutan mövsümi miqrantların sayını azaldacaq, eləcə də ümumilikdə xarici vətəndaşların Rusiyada qalmasına nəzarətin səmərəliliyini artıracaq.
Telegram kanalımız