Maştağada əməliyyat -   Gizlədilən silahlar görün harada tapıldı?!

saytların hazırlanması

Evə çatdırılma

Maştağada əməliyyat - Gizlədilən silahlar görün harada tapıldı?!

Kriminal

14 May 2026 14:58 1416


Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

Bu barədə "Yeni Sabah"a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ərazisində gizlədilmiş 1 ədəd "AKS-74U" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 5.45 millimetrlik güllə aşkar edilərək götürülüb. Marqarita pizza

Faktla bağlı araşdırma aparılır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!