Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası

saytların hazırlanması

Evə çatdırılma

Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası

İqtisadiyyat

15 İyun 2026 12:51 100


2025-ci ildə Azərbaycanda tikinti sektoru 0,4 % kiçilib. Halbuki ilin əvvəlində sektorda 4,8 % artım proqnozlaşdırılıb, sonradan bu göstərici 7,9 %-ə yüksəldilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, ötən il qeyri-neft-qaz sektorunda qeydə alınmış 2,7 % artıma əsas töhfə nəqliyyat və ticarət sahələrindən gəlib. Tikinti sektoru isə qeyri-neft-qaz iqtisadiyyatının azalmanın müşahidə olunduğu əsas sahələrdən biri olub. pizza mizza

Palatanın təhlillərinə əsasən, 2022-2025-ci illərdə tikinti sektoru orta hesabla 9,6 % artsa da, 2025-ci ildə bu sahədə qeydə alınan geriləmə əvvəlki illərin müsbət dinamikasından fərqlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!