Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
“Yeni Sabah” xəbər verir ki, Türkiyə liderinin təbrik mesajı onun rəsmi “X” sosial şəbəkə hesabında paylaşılıb.
Ərdoğan paylaşımında Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə diqqət çəkərək, Azərbaycan xalqına xoş arzularını çatdırıb. pizza
“Can Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi arzularımla ürəkdən təbrik edir, bir millətin iki dövləti, bir ürək daşıyan övladları olduğumuz bütün azərbaycanlı qardaşlarımıza Türkiyənin salam və məhəbbətini çatdırırıq”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, hər il iyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu tarix 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı ölkənin siyasi tarixində dönüş nöqtəsi hesab edilir.
Telegram kanalımız