Vardanyanın arvadı Bakıya gəlmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Siyasət

15 İyun 2026 14:59 279


Bakıda həbsdə olan keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Azərbaycana gəlmək istəyir.

“Yeni Sabah” xəbər verir ki, Musavat.com-un erməni mediasına istinadən yaydığı xəbərə görə, o, bu təşəbbüs çərçivəsində beynəlxalq qadın humanitar nümayəndə heyətinin Bakıya səfərini təşkil etmək niyyətindədir.

Veronika Zonabend geniş açıqlamasında deyib ki, Vardanyan üç ildən çoxdur ailəsini və yaxınlarını görə bilmir. Onun sözlərinə görə, bu müddətdə Rubenin nəvələri dünyaya gəlib. O, həmçinin həbsdə olan digər 18 erməni qatili də xatırladıb. Vardanyanın həyat yoldaşı beynəlxalq ictimaiyyətn laqeydliyindən gileylənib. Sanki əri dissidentdir. O, cinayətkar və qanunsuz, heç bir ölkənin müstəqilliyini qəbul etmədiyi rejimə rəhbərlik edənlərdən biri olub. Amma arvadı Rubendən az qala qəhrəman obrazı düzəltməyə çalışır. Toyuqlu pizza

Qeyd edək ki, Ermənistanın insan haqları müdafiəçisi bu məsələnin onların səlahiyyətlərinə aid olmadığını bildirib. “Mən Azərbaycan Ombudsmanı xanım Səbinə Əliyevaya və onun ofisinə müraciət edərək, həmin nümayəndə heyətinin Bakıya səfərini, rəsmi görüşü, Umbakı Penitensiar Kompleksində saxlanılan erməni məhbusların ziyarətini və qanunla icazə verilən qaydada ailələrindən bağlamaların, fotoşəkillərin, məktubların və şəxsi əşyaların rəsmi şəkildə ötürülməsini dəstəkləmələrini xahiş edirəm”, - müraciətin sonunda Vardanyanın həyat yoldaşı çağırış edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan 20 il azadlıqdan məhrum edilib. Məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Onu da deyək ki, Vardanyan 2022-ci ilin oktyabr ayında Rusiya təcavüzünü maliyyələşdirməkdə və Donbasdakı separatçı qrupları dəstəkləməkdə şübhəli bilinərək “Myrotvorets” məlumat bazasına əlavə edilib və Ukrayna sanksiyaları altına düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!