Həmid Herisçi Xalq artistinə şeir həsr etdi: “Axtarır onu indi İnterpol”

saytların hazırlanması

Evə çatdırılma

Həmid Herisçi Xalq artistinə şeir həsr etdi: “Axtarır onu indi İnterpol”

Şou

15 İyun 2026 13:07 338


Yazıçı Həmid Herisçi hazırda xəstəxanada müalicə olunan Xalq artisti Flora Kərimovaya şeir həsr edib.

“Yeni Sabah” xəbər verir ki, o, şeiri “Facebook” hesabında paylaşıb.

FLORAYA Pepperoni pizza

Avara qalıb, işsizdi, sənsizdi, şanssıdı

Qapıdakı feyskontrol.

Həmidsizdi, səssizdi

tərtəmizdi

nə əcəb

Xutor.

Ogrularla dolu Böyükşor.

Şəhidlərə, ordan AZTV-yə qalxan fineklyor.

Sosial şəbəkələrdə əleyhinə yazan bir dəstə troll,

hətta belə susub.

- Qardaşım ol.

Qulağıma deyərdi burda bir nəfər.

Axtarır onu indi

İnterpol.

Bəlkə AZTV-yə,

Sizin 4 - cü mərtəbəyə,

bir də gəlmədim.

Gəlmədin.

Deyərsiz xadiməyə,

520 - ci otağındakı sərinkeşi unutdum, unutdun

söndürməyə.

Komendant bilmir, eyvay....

Kompyuterinə əl dəymə...

Kodsuz, Florasız

bəlkə işləməyə.

AZTV- dəki rəhmətlik “Qarabag” səsyazma studiyası...

Qulaqcığdakı əmr:

- Gözləyin xronometrajı...

Artirmaq istədim, istədin

teləfonunun həyat balansını.

Dinləyək mahnılarının hansını?

Bu gün?

Gərək deyəsən özün.

Qeyd edək ki, Flora Kərimova bir neçə gündür xəstəxanada müalicə alır. Köməkçisinin sözlərinə görə, sənətkarın ürəyi ilə bağlı sağlamlıq problemləri mövcuddur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!