Adil Kərimli Parisə yollandı

saytların hazırlanması

Evə çatdırılma

Adil Kərimli Parisə yollandı

Mədəniyyət

15 İyun 2026 11:49 97


Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisə səfər edib.

“Yeni Sabah” xəbər verir ki, heyətin UNESCO-nun Baş qərargahında keçiriləcək tədbirlərdə iştirakı nəzərdə tutulub.

Nümayəndə heyəti həmçinin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş məlumat sessiyasında və UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının Tərəf Dövlətlərinin Baş Assambleyasının 11-ci sessiyasında iştirak edəcək. pizza sifarişi

Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri, mədəni irsin qorunması və beynəlxalq mədəni-humanitar əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!