Qarabağ Universitetinin 2 fakültəsi Şuşada yerləşəcək

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ Universitetinin 2 fakültəsi Şuşada yerləşəcək

Sosial

15 İyun 2026 11:29 142


Bu gün Şuşada hər il olduğu kimi, çox möhtəşəm bir tədbirə ev sahibliyi edirik. Belə möhtəşəm bir tədbirin, belə gözəl bir bayram günündə məhz Şuşada keçirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır və çox qürurvericidir.

"Yeni Sabah" xəbər verir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

Onun sözlərinə görə, Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma şəhərlərinə qayıdışı, onların məskunlaşması və sosial rifahının təmin olunması istiqamətində mühüm işlər görülür: Pepperoni pizza

"Hazırda 3 yeni yaşayış kompleksinin inşası davam edir. Gələn il həmin komplekslərin istismara verilməsi nəzərdə tutulur və nəticədə 3000-dən çox insan burada yaşamaq imkanı əldə edəcək. Bərpa və yenidənqurma işləri çərçivəsində Qarabağ Universitetinin incəsənət və turizm fakültələrinin burada yerləşdirilməsi planlaşdırılır. Biz bunu səbirsizliklə gözləyirik və inanırıq ki, tələbələrimiz burada müasir şəraitdə təhsil alaraq böyük uğurlar qazanacaqlar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!