Ermənistanın baş naziri Nikol Paşinyan müxalifət liderləri ilə bağlı növbəti sərt bəyanatla çıxış edib.
“Yeni Sabah” erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan sosial şəbəkədə yaydığı videomüraciətdə müxalif düşərgənin əsas simaları olan Robert Köçəryan, Samvel Karapetyan və Gagik Tsarukyan barədə danışıb.
Baş nazir seçkiqabağı kampaniya dövründə verdiyi vədləri xatırladaraq bildirib ki, adıçəkilən şəxslər qanun qarşısında cavab verməli olacaqlar. Dördpendirli pizza
“Seçki kampaniyası zamanı da demişdim ki, siz Ermənistandan qaçmaq imkanı arzulayacaqsınız, lakin belə bir fürsətiniz olmayacaq”, – deyə Paşinyan vurğulayıb.
Paşinyan bildirib ki, ölkədə “kriminal-oliqarx sistemin” tamamilə aradan qaldırılması hökumətin əsas məqsədlərindən biridir. Onun sözlərinə görə, qanunsuz əldə edilmiş əmlakların müsadirəsi və cinayət işlərinin araşdırılması prosesi davam etdiriləcək.
Ermənistan lideri çıxışında ölkənin üçüncü prezidenti Serj Sarkisyan barədə də danışaraq, onun da diqqətdən kənarda qalmayacağını bildirib.
Qeyd edək ki, son günlər Ermənistanda müxalifət nümayəndələrinə qarşı hüquqi və siyasi təzyiqlərin artdığı barədə məlumatlar yayılır. Bundan əvvəl Ermənistan mediası Robert Köçəryanın Yerevandakı Zvartnots aeroportu vasitəsilə ölkəni tərk etmək istəyərkən sərhədi keçməsinə icazə verilmədiyini yazmışdı.
Telegram kanalımız