Əfqan səmasında sirli PUA-lar kimindir?

saytların hazırlanması

Evə çatdırılma

Əfqan səmasında sirli PUA-lar kimindir?

Dünya

13 Aprel 2022 13:46 461


Əfqanıstanın müxtəlif əyalətləri, xüsusilə Kabil, Xost və Qəndəharda yerli əhali hava məkanında PUA patrullarının artması ilə bağlı narahatlığını bildirib.

Yenisabah.az "Tolou News"a istinadla xəbər verir ki, dronların hansı ölkəyə aid və Əfqanıstanın hava məkanına hansı məqsədlə daxil olduğu bilinmir.

"Taliban" hökuməti PUA uçuşlarını qınayıb: "Hazırda Əfqanıstanda vəziyyət təhlükəsizdir və heç bir ölkə təhdid edilmir. Ona görə də, heç bir ölkənin Əfqanıstanın hava məkanına müdaxiləsinə ehtiyac yoxdur", - deyə sözçüsü Bilal Kərimi vurğulayıb.  Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!