Əfqanıstanın Azərbaycandakı səfirliyindən açıqlama: “Taliban”la müzakirə aparılır

saytların hazırlanması

Evə çatdırılma

Əfqanıstanın Azərbaycandakı səfirliyindən açıqlama: “Taliban”la müzakirə aparılır

Siyasət

25 Avqust 2021 10:58 1554


Son müqavimət qalası olaraq bilinən Pəncşir Vadisi istisna olmaqla Əfqanıstandakı bütün ərazilər bu gün “Taliban”ın nəzarətindədir. Nəticədə ölkədən miqrant axınının qarşısını almaq müşkül məsələyə çevrilib. İş o yerə gəlib çatıb ki, “Taliban” ABŞ və digər Qərb ölkələrinə qoşunlarını Əfqanıstandan çıxarmaq üçün avqustun 31-dək vaxt verib.  

Məlumdur ki, ötən ay Prezident İlham Əliyevin sərəncamı ilə İlham Məmmədov Azərbaycanın Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin edildi. Lakin oradakı rejim çox qısa zamanda dəyişdiyi üçün səfirimiz Əfqanıstana göndərilmədi. Həmçinin, bu gün Əfqanıstanın da Azərbaycanda səfirliyi mövcuddur.

Səfirlikdən Yenisabah.az-a verilən açıqlamada hazırda qurumun fəaliyyəti ilə bağlı xüsusi bir planın tərtib edilmədiyi bildirilib: pizza hut

“Səfirliyin fəaliyyəti ilə bağlı onu deyə bilərik ki, səfir, diplomatlar və digər əməkdaşlar iş saatları ərzində Səfirlikdə olurlar. Xüsusi bir plan yoxdur.

Taliban siyasi qüvvələrlə Əfqanıstanın idarəçilik formasını, hökumətin formatını müzakirə edir. Bu formatın nədən ibarət olacağı, Əfqanıstanın necə idarə olunacağının  yolları axtarılır. Əfqanıstanda dövlət qurumları hələ ki, fəaliyyət göstərmir”.

 

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!