“Əgər Qarabağın “müstəqilliyini” tanısaq...” - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Əgər Qarabağın “müstəqilliyini” tanısaq...” - Paşinyan

Siyasət

18 İyun 2021 02:04 2933


Ermənistanın Qarabağın (qondarma və keçmiş “dqr” nəzərdə tutulur – red.) “müstəqilliyi”ni tanıması ilə bağlı açıqlamalar təhlükəlidir və müharibə səbəbidir.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan İctimai Televiziyanın efirində seçkilərlə bağlı keçirilən debatda deyib.

Paşinyan rəqiblərinin Ermənistan hökumətinin 44 günlük müharibə zamanı Qarabağın müstəqilliyini tanımaması ilə bağlı ittihamlarına cavab verib: Dominos pizza

“Çox maraqlı vəziyyətdir. Bizi qınayırlar ki, mənim dediyim “artsax Ermənistandır” ifadəsi müharibəyə təhrik etdi. Amma indi həmin adamlar soruşur ki, niyə “arsax”ı tanımırıq. Onlara görə ki, əgər o cümlə müharibəyə gətirib çıxarmışdısa, “arsax”ın tanınması müharibəyə səbəb olmayacaqdı? Bu gün də tanınma məsələsini təkrarlamağa davam edirlər. Hesab edirəm ki, bu mövqe müharibəyə gətirib çıxaracaq”, - Paşinyan bildirib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!