ƏHALİNİN NƏZƏRİNƏ! Bu gün saat 10:00-dan...

saytların hazırlanması

Evə çatdırılma

ƏHALİNİN NƏZƏRİNƏ! Bu gün saat 10:00-dan...

Sosial

01 Avqust 2024 09:45 509


Bu gün saat 10:00-dan Bakının Suraxanı, Binəqədi və Xəzər rayonlarının bəzi ərazilərinin təbii qazla təchizatında fasilə yaranacaq. 

Musavat.com bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, Suraxanı və Binəqədidə, eləcə də “Mərdəkan bağları” QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Suraxanı rayonunun Hövsan, Bülbülə və Yeni Suraxanı qəsəbələrində, Bağlar massivində, Binəqədi rayonunun Məlik Aslanov küçəsində və Xəzər rayonunun Mərdəkan yeni yaşayış massivində qaz kəsiləcək.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!