Əhaliyə ŞAD XƏBƏR - Bütün növ pensiyalar artacaq - Bu tarixdən... 

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə ŞAD XƏBƏR - Bütün növ pensiyalar artacaq - Bu tarixdən... 

Sosial

26 İyul 2024 09:09 7631


"Pensiyadakı artımlar indeksləşdirmə və eyni zamanda yardımların verilməsi formasında həyata keçirilir. Əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır". 

Yenisabah.az xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov bildirib. 

O əlavə edib ki, 2024-cü ildəki orta aylıq əmək haqqıdakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq: Sezar pizza

"Eyni zamanda, yardımların verilməsi ilə bağlı təkliflər də təqdim olunub və bu istiqamətdə müzakirələr getməsi növbəti dövrlərdə hansı istiqamətdə qərarların veriləcəyini bəlli edəcək. 

Amma bütün hallarda mövcud qanunvericiliyə əsasən, əmək pensiyalarının indeksləşdirilməsi həyata keçirilir və bu, yanvar ayından tətbiq olunacaq. Eyni zamanda pensiya kapitalının və inflyasiya faizinin indeksləşdirilməsi həyata keçiriləcək. Həm əmək pensiyalarında, həm də pensiya kapitalındakı artımlar əvvəlki illərdə orta aylıq əmək haqqı və ya inflyasiya səviyyəsinə uyğun olaraq reallaşacaq. 

Əmək pensiyaları orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə inflyasiya faizinə uyğun olaraq artırılır. Bu da, xüsusən də əməli pensiya yaşı tamam olmayan, amma gələcəkdə pensiya olacaq vətəndaşlarımızın pensiya kapitalının artmasına və onların daha çox pensiya almasına imkan yaradan faktorlardan biridir. 

Konkret rəqəmlər ilin ikinci yarısında bəlli olacaq və xüsusən də payız aylarında müəyyənləşəcək. Bununla bağlı artıq konkret rəqəmlərin təqdimatı və eyni zamanda pensiya kapitalında hansı faiz artımın olmasını təqdim etmək mümkün olacaq. Bütün hallarda qanunvericiliyə əsasən, artıq 2024-cü il yekunlaşdıqdan sonra orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq, növbəti ilin yanvarından etibarən bütün növ əmək pensiyalarında artımlar qeydə alınacaq". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!