“Əhməd Vəliyev kimdir ki, mənimlə dost olsun?“ -   Ramiz Mehdiyev

saytların hazırlanması

Evə çatdırılma

“Əhməd Vəliyev kimdir ki, mənimlə dost olsun?“ - Ramiz Mehdiyev

Siyasət

06 Noyabr 2023 14:24 3748


Bir neçə gün öncə mətbuatda fəaliyyəti dayandırılmış “Muğanbank” ASC-nin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvləri, Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyev və oğullarına məxsus olması ilə bağlı məlumat yayılıb.

Manset.az məsələ ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında yayılan məlumatları inkar edib:

“Bu məlumatlar qəti yalandır. Mənim qızımın orda səhmləri yoxdur. Əhməd deputat olub, tanıyıram. Mənim onunla heç bir dostluğum olmayıb. Deyirlər ki, Əhməd Vəliyev mənimlə ailəvi yaxındır. Bunlar hamısı boş söhbətlərdir, yalandır. Əhməd kimdir ki, mənimlə dost olsun. Ümumiyyətlə, onunla əlaqəmiz olmayıb”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!