"Əhmədinejad dünən Ayətullah Xamnəi və hökumət rəsmiləri arasında görüşə dəvət olunmayıb".
Yenisabah.az "Dideban-e İran"a istinadla xəbər verir ki, bu barədə eks-deputat
Əhməd Əlirza Beygi məlumat yayıb.
O bildirib: "Mən ona zəng etdim. Əhmədinejad dedi ki, məni görüşə dəvət etməyiblər”.
Xatırladaq ki, aprelin 13-də İranın Ali dini lideri Ayətullah Xamnəi ölkə rəsmiləri ilə görüş keçirib. Görüşə hətta keçmiş hökumətin bir sıra rəsmiləri də qatılıb. O cümlədən eks-prezident Həsən Ruhani, keçmiş XİN rəhbəri Məhəmməd Cavad Zərif və başqaları Ramazan tədbirinə dəvət olunublar. Lakin eks-prezident Mahmud Əhmədinejad görüşdə olmayıb. pizza mizza
Bu, İran ictimai fikrində bir sıra ehtimallar doğurub. Fərziyyələrdən həqiqətə ən yaxını son illərdə dini liderlə Mahmud Əhmədinejad arasında yaranmış kəskin siyasi ixtilaflardır.
Telegram kanalımız