Eks nazirdən Xocalıda parad, Şuşada atəşfəşanlıq təklifi:   Bu, yüksək səviyyəli bir tədbir olacaq!

saytların hazırlanması

Evə çatdırılma

Eks nazirdən Xocalıda parad, Şuşada atəşfəşanlıq təklifi: Bu, yüksək səviyyəli bir tədbir olacaq!

Siyasət

20 Aprel 2021 18:00 879


“9 May Azərbaycanda dövlət bayramıdır. Əgər sülhməramlılar Xocalı hava limanında parad keçirmək istəyirlərsə, o zaman iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin bir tank briqadası, Xüsusi Əməliyyat Qüvvələrinin birləşmiş briqadası və Türkiyə “komando”larının göndərilməsini təklif edirəm”.

Yenisabah.az xəbər verir ki, bu barədə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb.

“Bax, bu, yüksək səviyyəli bir tədbir olacaq! Əlavə olaraq Qələbə günü münasibətilə Şuşada atəşfəşanlıq olmasını da təklif edirəm”, - deyə sabiq XİN rəhbəri sözlərinə əlavə edib. Dominos pizza

Qeyd edək ki, ötən gün Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının 1941-1945-ci il Böyük Vətən müharibəsində Qələbəyə həsr olunan təntənəli keçid üçün məşqlərə başladığına dair məlumat yayıb. Qeyd olunub ki, Xocalı hava limanında baş tutan məşqlərə təxminən 400-ə yaxın hərbçi cəlb olunub. Təntənəli keçid məşqlərinə Dağlıq Qarabağda Rusiya sülhməramlılarının əsas hissəsini təşkil edən 15-ci motoatıcı briqadasının şəxsi heyəti cəlb olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!