Ermənistanın İrandan kömək istəməsinə imkan verilməyəcək.
Yenisabah.az Jamaran-a istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani deyib.
O bildirib: "Azərbaycanın rəyinə görə, Zəngəzur beynəlxalq dəhlizdir, lakin Ermənistan öz ərazisindən keçən istənilən dəhliz üzərində öz suverenliyini həyata keçirmək istəyir. Rusiya bu məsələdə birmənalı mövqe tutmur. Doğrudur, bir dəfə Rusiyanın Azərbaycandakı səfiri bununla bağlı demişdi ki, ruslar bu dəhlizin tikintisinə razıdırlar. pizza
Həmin dəhlizin inşası 2025-ci ilə qədər davam edəcək. Hazırda Azərbaycan öz ərazisində dəmir yolu xəttinin tamamlanmasında 70%, yolun çəkilməsində isə 40% irəliləyib. Lakin Ermənistan hələ də heç nə etməyib.
Fikrimcə, Rusiyanın Ukraynada müharibə aparması və Avropaya çıxışının məhdud olmasına görə Zəngəzur dəhlizinə böyük marağı var. Türkiyənin də bu məsələd mövqeyi aydındır".
Keçmiş səfir əlavə edib: "Bəzi analitiklər problemə konspiralogiya mövqeyindən baxırlar. “NATO-nun Turani dəhlizi” kimi ideyalar da buna əyani sübutdur. Türkiyə onilliklər ərzində NATO alyansının üzvüdür və NATO-nun bu ölkədə bazası var. Bəli, Türkiyə Zəngəzur dəhlizi ilə Naxçıvana, Azərbaycana, Xəzər dənizinə və Orta Asiyaya qoşula bilər. Bu doğrudur, amma realist olmaq lazımdır. Mən həmişə realist olmağa çalışmışam. İstər Zəngəzur olsun, istərsə də olmasın, Qars-Tbilisi-Bakı dəmir yolu xətti ilə onun Azərbaycana birbaşa quru çıxışı var.
Sözümün canı odur ki, Türkiyənin onsuz da Bakıya qurudan girişi var,
Əlbəttə, Zəngəzur yolundan getmək daha asan olacaq, amma hər halda bu giriş artıq mövcuddur.
Cənab Ərdoğan bu yaxınlarda Naxçıvana səfəri zamanı Qarsın Naxçıvana birləşdirilməsini nəzərdə tutan bir sənəd imzaladı. Bundan əlavə, qaz kəməri var və Türkiyə Naxçıvana qazın çatdırılması üçün başqa alternativ yaradır.
İran hazırda bu bölgədə qaz mübadiləsi aparır. Yəni Azərbaycandan qazı Astarada alır, Naxçıvana isə Culfadan qaz verir. İndi Türkiyə Naxçıvana başqa marşrutla qaz vermək istəyir".
Telegram kanalımız