Ekspert: “Təhlükəsizlik ölkənin müzakirə mövzusu olub“

saytların hazırlanması

Evə çatdırılma

Ekspert: “Təhlükəsizlik ölkənin müzakirə mövzusu olub“

Dünya

20 Aprel 2022 10:22 626


“Türkiyə 30 ildən artıqdır ki, terrora qarşı mübarizə aparır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Türkiyənin Qafqaz Siyasi Araşdırmalar Mərkəzinin eksperti Meltem Aydoğan səsləndirib.

O, Türkiyənin şimali İraqda həyata keçirdiyi son antiterror əməliyyatlarından danışıb: Dördpendirli pizza

“PKK, FETÖ kimi terror təşkilatlarının həm sərhədlərimiz daxilində, həm də xaricində əməliyyatlar keçirir. Türkiyənin bütövlüyünü qorumaq üçün terrorçulara qarşı əməliyyatlar hər zaman uğurlu olub. Son olaraq “Pençe-Kilit” əməliyyatı həyata keçirilib. Bu, 2019-cu ildə başlanan “Pençe-Kartal” və “Pençe-Kaplan” əməliyyatlarının davamıdır”.

Ekspertin sözlərinə görə, son illərdə kütləvi qaçqın axını ilə Türkiyənin daxili təhlükəsizliyi ölkənin müzakirə mövzusu olub:

“Qaçqınların sayı artdıqca sərhədi qanunsuz adlayanların da sayı artır. Həm çoxsaylı terror təşkilatlarına, həm də sərhədlərimizdə qeyri-qanuni qaçqınlara qarşı mübarizə aparırıq.

Türkiyə Silahlı Qüvvələrinin həm hava, həm də quru əməliyyatları həyata keçirməsi çox vacibdir. Biz göstərməliyik ki, sərhədlərimizi qoruyuruq və heç bir keçid olmamasını təmin edirik”.

Rafi MÜSLÜMOV


 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!