“Bəzi Avropa ölkələri, xüsusən də Almaniya Ukraynaya tank verməkdən imtina edir”.
Yenisabah.az “Seqodnya”ya istinadla xəbər verir ki, bu tendensiya barədə hərbi ekspert Oleq Jdanov danışıb.
Müdafiə qurumları rəhbərlərinin qarşıdakı sammitini (“Ramstein-3”) şərh edən ekspert Ukraynaya hərbi yardımın coğrafiyasının genişlənəcəyini proqnozlaşdırıb: pizza
"Biz çox istərdik ki, bizi silahla təmin edən ölkələrin coğrafiyası genişlənsin. Çox güman ki, bu da baş verəcək. Söhbət bu silahların həcmində və çatdırılmasındadır".
Ekspertin sözlərinə görə, kansler Olaf Şolzun təmsil etdiyi Almaniya rəhbərliyi Kiyevə istənilən silah tədarükünə veto qoyur. Eyni zamanda, Jdanov Almaniyadan silah tədarükü ilə bağlı narahatlığını bildirib.
Telegram kanalımız