Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub?   - YEKUN RƏY...

saytların hazırlanması

Evə çatdırılma

Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...

Kriminal

27 Mart 2024 13:58 871


Aləsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. 

Yenisabah.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb. 

Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ ki, yekun rəy hazır deyil. Həkim rəyi yaxın müddətdə hazırlanaraq, istintaq orqanına təqdim ediləcək.  Dominos pizza

Xatırladaq ki, Ə.Əhmədov bir müddət əvvəl Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.

Qeyd edək ki, 25 yaşlı Əhməd Əhmədov atasını, anasını, bacısını, azyaşlı qardaşı və bacısı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!