“Əl-Qaidə”nin liderlərindən biri öldü 

saytların hazırlanması

Evə çatdırılma

“Əl-Qaidə”nin liderlərindən biri öldü 

Dünya

11 Mart 2024 11:05 399


"Əl-Qaidə"nin Yəmən qolunun lideri Xalid əl-Batarfi ölüb. 

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə terror qruplaşması açıqlama yayıb. 

Onun ölüm səbəbi açıqlanmayıb.  pizza hut

Əl-Batarfi "Əl-Qaidə"nin Ərəbistan yarımadasında fəaliyyət göstərən qoluna rəhbərlik edib. AQAP qısaltması ilə tanınan qrup "Əl-Qaidə"nin hələ də fəaliyyət göstərən ən təhlükəli qolu hesab olunurdu. 

Xalid əl-Batarfi Ərəbistan yarımadasındakı "Əl-Qaidə" qruplaşmasına illərlə rəhbərlik etdiyinə görə ABŞ hökuməti onun başına 5 milyon dollar mükafat qoymuşdu. 

"Əl-Qaidə" əl-Batarfinin kəfənə və "Əl-Qaidə"nin ağ-qara bayrağına büründüyünü göstərən video yayımlayıb. 

Onun üzündə heç bir travma izi görünməyib. Əl-Batarfinin 40 yaşlarında olduğu güman edilirdi. 

Açıqlamada Saad bin Atef əl-Avlakinin qrupun yeni lideri olacağı qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!