Ələsgər Məmmədli həbsdə qaldı

saytların hazırlanması

Evə çatdırılma

Ələsgər Məmmədli həbsdə qaldı

Kriminal

24 Aprel 2024 13:21 961


Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub. 

Yenisabah.az xəbər verir ki, bu gün keçirilən məhkəmə iclasında onunla bağlı ev dustaqlığına buraxılması üçün verilən vəsatətə baxılıb və vəsatət təmin olunmayıb. 

Xatırladaq ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində bu il martın 9-da keçirilən iclasda onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.  Sezar pizza

Qeyd edək ki, martın 6-da sosial şəbəkələrdə “Toplum TV”nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə məlumat yayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!