Əli Əhmədov ABŞ-a səfərə gedib

saytların hazırlanması

Evə çatdırılma

Əli Əhmədov ABŞ-a səfərə gedib

Siyasət

12 İyul 2019 08:05 1389


Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ABŞ-a işgüzar səfərə edib.

"Yeni Sabah" xəbər verir ki, səfərdə məqsəd iyulun 15-də Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə hesabatı BMT-yə təqdim etməkdir.

Konfrans BMT-nin Nyu-York şəhərində yerləşən Baş Qərargahında keçiriləcək.

Bu, Azərbaycanın təqdim edəcəyi sayca ikinci hesabatdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!