Əli Əsədov Təhsil Nazirliyi ilə bağlı qərar imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Təhsil Nazirliyi ilə bağlı qərar imzaladı

Siyasət

21 Avqust 2021 15:34 4994


"Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə, Təhsil Nazirliyinin kollegiyasının tərkibi 7 nəfərdən 9-a qaldırılıb. pizza hut

“Kollegiyanın üzvləri” bölməsində “ Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini” sözləri isə “Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru” sözləri ilə əvəz edilib

Bundan əlavə, kollegiyasının tərkibinə Təhsil İnstitutunun direktoru və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri əlavə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!