Əli Əsədovdan sərəncam: 450 min ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədovdan sərəncam: 450 min ayrıldı

Sosial

25 Avqust 2020 15:23 949


Baş Nazir Əli Əsədov "Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün vəsait ayrılması barədə" sərəncam imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə 450.000,0 (dörd yüz əlli min) manat məbləğində vəsait ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!