Əli Həsənov danışdı: “Tualetdə çəkilmiş videomu yaymaq istəyirlər“

saytların hazırlanması

Evə çatdırılma

Əli Həsənov danışdı: “Tualetdə çəkilmiş videomu yaymaq istəyirlər“

Siyasət

24 Avqust 2021 18:03 6293


Prezidentin sabiq köməkçisi Əli Həsənov təhdid olunduğunu, şantaj edildiyini deyir.

Yenisabah.az xəbər verir ki, bununla bağlı məlumatı Ə.Həsənov Tvitter hesabında paylaşıb. 

Bildirib ki, o, gizli çəkilən fotosu ilə şantaj edilir: Sezar pizza

“Dünəndən nə zamansa tualetdə mənim gizli şəkildə çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş video görüntülərimi yaymamaq üçün bəzi ünvanlardan ciddi təhdid sifarişləri alıram. Bu haqda əvvəlcədən aidiyyəti qurumlara xəbər vermişəm. Bu bir şəbəkə mafiyasının işidir və lazımi anda öz cəzasını alacaqdır”.

Qeyd edək ki, Əli Həsənov 1995-ci ildən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunub. 2019-cu ilin noyabrında vəzifədən azad edilib. (bakupost.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mahmud
    Qardaş hansı professor? Biri akademikdir, fəlsəfənin az qala yaradıcısı adlandırılır, iki cümləni məntiqi ardıcıllıqla deyə bilmir. Bu da Naxçıvanda göycə satmaqdan, rüşvət və dövlətin pulunu yeməkdən başqa heç bir şey bilmir. Sonrası da soruşarlar ki, niyə məhz səni təhdid edirlər ay .....
    5 years ago
  • sarvan
    Əli Həsənov! 2 cümlə yazırsınız qrammatik səhviniz var.Ar olsun, belə professora.
    5 years ago