Əli Həsənovun qızı işdən çıxarıldı 

saytların hazırlanması

Evə çatdırılma

Əli Həsənovun qızı işdən çıxarıldı 

Siyasət

25 Avqust 2021 14:28 4756


Prezidenin sabiq köməkçisi Əli Həsənovun qızı Səfiyə Möhbalıyeva (Həsənova) Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasındakı işindən azad olunub.

Yeniavaz.com-un əldə etdiyi məlumata görə “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında işləyən müəllimlərdən yalnız Səfiyə Möhbalıyeva işdən azad olunub. Aralarında 2 millət vəkili - Elman Nəsirov və Musa Qasımlının da olduğu kafedranın digər müəllimləri öz vəzifələrində saxlanılıblar.

Qeyd edək ki, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına 20 il Əli Həsənov rəhbərlik edib və qızını da həmin kafedranın müəllimi vəzifəsinə təyin edib. pizza hut

Əli Həsənovun 1990-cı ildə anadan olan qızı Səfiyə Möhbalıyeva “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi olmaqla bərabər, eyni zamanda “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədr müavini olub. Qeyd olunan İctimai Birliyin sədri isə “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi Elçin Əhmədovdur.

Məlumat üçün bildirək ki, Əli Həsənovun qızı Səfiyə Möhbalıyeva eyni zamanda Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyevin oğlu - Qaradağ rayon Polis İdarəsinin keçmiş rəisi, polkovnik İsfəndiyar Möhbalıyevin həyat yoldaşıdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!