Əli İnsanovdan “konkret rədd ol” etirafı - Video

saytların hazırlanması

Evə çatdırılma

Əli İnsanovdan “konkret rədd ol” etirafı - Video

Siyasət

02 İyul 2021 15:58 13042


İllər keçsə də sabiq səhiyyə naziri Əli İnsanov haqqında ən çox xatırlanan hadisə  jurnalist Afət Telmanqızına qarşı kobud rəftarı olur.

Yenisabah.az xəbər verir ki, bu gün “LAF TV”nin qonağı olan Haqq Ədalət Partiyasının (HƏP) sədri illər sonra A.Telmanqızının bu hadisə haqqında verdiyi sualı cavablayıb.

O, bu hadisənin keçmişdə qaldığını və bu mözvu haqqında təkrar danışmaq istəmədiyini qeyd edib: Sezar pizza

“Bu keçmişdə qalmış hadisədir və etiraf edim ki, xoşagəlməz hadisədir. Bu gün günahkarların və səbəblərin araşdırılmasına gərək görmürəm. Çünki mən bu hadisə ilə bağlı danışmışam, çıxışlarımın birində bu mövzuya xeyli yer ayırmışam. 

Bu məsələni yekunlaşdıraq, qoy bu məsələ keçmişdə qalsın, gələcəyə baxaq. Həm də iqtidarda olarkən bizim müxalifətə olan münasibətimiz də fərqli idi. Lakin bu heç vaxt düşmənçiliyə çevrilməməlidir. Gələcəyi düşünmək, yaxşı şeylərdən danışmaq lazımdır, insan həyatında hər şey olur, yaxşı da, pis də... 

Siz mənim etirafımı eşitmək istəyirsinizsə, mən bunu vaxitə sizsiz demişəm, təkrar etmək istəmirəm”.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!