Əlilliyi olan şəxslər və uşaqlarla bağlı monitorinq qrupları yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Əlilliyi olan şəxslər və uşaqlarla bağlı monitorinq qrupları yaradıldı

Sosial

15 Oktyabr 2024 19:03 636


“Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilən dəyişikliklərə əsasən Ombudsmanın insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi sahəsində səlahiyyətləri genişləndirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, təsbit olunmuş səlahiyyətlərə müvafiq olaraq müvəkkilin təşəbbüsü əsasında Ombudsman Aparatında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi, Bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması üzrə monitorinq qrupları yaradılıb. Dominos pizza

Monitorinq qruplarının yaradılmasında əsas məqsəd Müvəkkilin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyaların implementasiyasının təşviqi, eyni zamanda, bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması sahəsində müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirməkdən ibarətdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!