Əliyev ABŞ prezidentliyinə namizədin ittihamlarından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Əliyev ABŞ prezidentliyinə namizədin ittihamlarından danışdı

Siyasət

11 Oktyabr 2023 16:40 469


"30 illik işğal tarixi, bütün şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, Xocalı soyqırımı - bunların hamısı, təbii ki, diqqətdən kənarda qalır, tamamilə yalan hekayələr uydurulur. Amma yeri gəlmişkən onu da deyim ki, elə dünən məni ABŞ prezidentliyinə namizədin Azərbaycana qarşı ittihamlar səsləndirdiyi və Ermənistanın Gəncə şəhərinə raket zərbəsi endirməsinin görüntülərini əks etdirən bir video ilə tanış etdilər. Bəli, belə bir saxtakarlıq və sinizm səviyyəsinə enməyi təsəvvür etmək belə mümkün deyil”.

Yenisabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasında deyib.

"Bakı bu gün Azərbaycana qarşı görünməmiş informasiya müharibəsi ilə üz-üzədir. Əlbəttə, biz öz gücümüzlə müqavimət göstəririk, çalışırıq və baş verənlərlə bağlı həqiqəti çatdırırıq. Amma başa düşməliyik ki, qüvvələr qeyri-bərabərdir. Uzun müstəmləkəçilik tarixinə malik Fransa kimi ölkələrin dünyada bizdən qat-qat çox media resursları var. Amma buna baxmayaraq, biz müxtəlif platformalardan, beynəlxalq təşkilatlardan, digər formalardan istifadə edərək baş verənlərlə bağlı həqiqəti çatdırırıq və çatdıracağıq”, - deyə dövlət başçısı vurğulayıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!