Əliyev: Qaradağ Günəş Elektrik Stansiyasının açılışı əlamətdar hadisədir

saytların hazırlanması

Evə çatdırılma

Əliyev: Qaradağ Günəş Elektrik Stansiyasının açılışı əlamətdar hadisədir

Siyasət

26 Oktyabr 2023 16:12 305


Azərbaycan Prezidenti İlham Əliyev 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışını əlamətdar hadisə adlandırıb.

Yenisabah.az xəbər verir ki, dövlət başçısı Stansiyanın rəsmi açılış mərasimində çıxışı zamanı bildirib:

“Bu gün biz nisbətən qısa zamanda, təxminən il yarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir”. pizza hut

Prezident Azərbaycanın inkişafına verdiyi bu möhtəşəm töhfəyə görə, həmçinin yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar”ı, onun rəhbərliyini təbrik edib.

Bu gün qonaqlar arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin üç nazirinin yer aldığını vurğulayan Azərbaycan Prezidenti bunun tərəfdaşlığın və dostluğun yaxşı nümunəsi olduğunu, eləcə də hər iki ölkənin bugünkü mərasimə böyük əhəmiyyət verdiyini nümayiş etdirdiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!