Əliyev Xankəndi, Xocalı və Xocavənd məsələsini rəsmən bitirən fərmanı niyə bu gün imzaladı?

saytların hazırlanması

Evə çatdırılma

Əliyev Xankəndi, Xocalı və Xocavənd məsələsini rəsmən bitirən fərmanı niyə bu gün imzaladı?

Siyasət

07 İyul 2021 17:43 2081


Əliyev Xankəndi, Xocalı və Xocavənd məsələsini rəsmən bitirən fərmanı niyə bu gün imzaladı?

Yenisabah.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı bu məsləyə aydınlıq gətirib.

Birincisi, Moskvada Putin-Paşinyan görüşü keçirilən vaxt Bakının Qarabağa dair mövqeyini rəsmi sənədlə təsdiqlədi və bununla Qarabağla bağlı mümkün “yeni təklifləri və istəkləri” sıradan çıxardı; pizza sifarişi

İkincisi, dünən Qarabağda qanunsuz erməni silahlı birləşmələrin Ağdam istiqamətində atəş açmasından sonra atacağı cavab addımlarını rəsmiləşdirdi;

Bakı Qarabağda açılan atəşlə bağlı yaydığı informasiyada açıq mesajını vermişdi:

- Rus sülhməramlıları atəşkəsə nəzarət edə bilmir;

- Qanunsuz erməni hərbi birləşmələri üçtərəfli razılaşmaya uyğun bölgədən çıxarılmalıdır;

Prezident bu informasiya mesajından bir gün sonra imzaladığı fərmanla “Azərbaycan sərhədləri daxilində qanunsuz hərbi birləşmələrə icazə verilməyəcək” mesajını verdi;

Nələr gözlənilir?

1. Bakı 10 noyabr razılaşmasının 4-cü bəndinin – erməni qoşunların çıxarılması – qısa zamanda icrasını və separatçı rejimin təmizlənməsini tələb edəcək;

2. Moskva və İrəvana alternativ variantın anti-terror əməliyyatı olduğunu başa salmaq üçün müəyyən addımlar atılacaq: kiçikçaplı əməliyyatlar mümkündür;

3. Ağdamda yerləşən Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin genişləndirilməsi gündəmə gələcək: məqsəd türk hərbçilərin sülh yaratma prosesində iştirakını artırmaqdır və buna zəmin yaradacaq proseslərin şahidi ola biləcəyik; 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!