Əliyevlə Paşinyanın görüşü gözlənilir 

saytların hazırlanması

Evə çatdırılma

Əliyevlə Paşinyanın görüşü gözlənilir 

Siyasət

25 Sentyabr 2023 09:02 451


Oktyabrın 5-də İspaniyanın cənubunda yerləşən Qranada şəhərində Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı keçiriləcək.

Bu barədə Almaniyanın "Bild" qəzeti yazır. Məlumata görə, zirvə toplantısı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü nəzərdə tutulub.

Məlumata görə, İlham Əliyev və Nikol Paşinyanın görüşü Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutacaq. pizza

Görüşdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də iştirak edəcəyi gözlənilir.

"Armenpress" agentliyinin məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə səfər edəcək və orada həmkarları ilə görüşəcək. Görüşlər zamanı oktyabrın 5-də baş tutacaq danışıqların gündəminin müzakirə ediləcəyi ehtimal edilir.

Qeyd edək ki, sonuncu dəfə bu formatda görüş iyunun 1-də Moldovanın paytaxtı Kişineuda baş tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!