“Əməkdaşlıq etdiyimiz qüvvələri ləkələməyə çalışırlar“ - Ərdoğanın sözçüsü

saytların hazırlanması

Evə çatdırılma

“Əməkdaşlıq etdiyimiz qüvvələri ləkələməyə çalışırlar“ - Ərdoğanın sözçüsü

Siyasət

29 İyul 2021 18:04 956


“Qarabağdakı haqlı mübarizəmiz sırasında qarşılaşılan dezinformasiya, saxta hesab və təhrifetmə cəhdlərinə qarşı gerçək və doğru bilgilərlə həqiqətə işıq tutduq”.

Yenisabah.az xəbər verir ki, bunu Türk Şurası Media Koordinasiya Komitəsinin birinci toplantısında çıxışı zamanı Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

Fəxrəddin Altun dezinformasiya ilə mübarizədə böyük yol qət edildiyini bildirib: pizza hut

“Bu gün dünyanın hər yerində olduğu kimi türk dünyasının da qarşı-qarşıya qaldığı ən önəmli problemlər arasında sistematik dezinformasiya və yalan terroru əsas yer tutur. Türkiyə olaraq dezinformasiya ilə mübarizədə önəmli yol qət etmişik. Atdığımız hər addımda həqiqətə xidmət etmək bizim üçün əsasdır. Çünki həqiqəti əsas götürərək özümüzü və ölkəmizi dezinformasiya bəlasından qoruya bilərik”.

Altun Qarabağ mübarizəsində əməkdaşlıq edilən qüvvələrin ləkələnməyə çalışıldığını vurğulayıb:

“Suriya, Liviya və son olaraq Qarabağda sülh və sabitliyi qorumaq üçün əməkdaşlıq etdiyimiz qüvvələri sosial media platformaları vasitəsilə ləkələmək üçün edilən cəhdlərin, şükürlər olsun ki, qarşısını aldıq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!