Ən gənc elmlər doktoru rektor müşaviri təyin olundu 

Ən gənc elmlər doktoru rektor müşaviri təyin olundu 

Sosial Veb saytların hazırlanması

06 Dekabr 2023 14:16 8087


Sumqayıt Dövlət Universitetində rektor müşaviri vəzifəsinə təyinat olub. 

Modern.az saytı xəbər verir ki, bu vəzifə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin 2006-cı il məzunu, kimya elmləri doktoru, dosent İsmayıl Teyyub oğlu İsmayılova həvalə olunub.

İsmayıl İsmayılov əmək fəaliyyətinə Moskvada kimyaçı-mütəxəssis olaraq başlayıb, daha sonra Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda aparıcı elmi işçi, baş texnoloq, baş elmi işçi vəzifələrində çalışıb.

O, dövlət xətti ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsində və Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yerinə yetirdiyi “Ekoloji əlverişli xammallar əsasında korroziyaya qarşı çoxfunksiyalı, biosid aktivliyinə malik yeni reagentlərin yaradılması” mövzusunda dissertasiya işini “Neft kimyası” və “Kimya texnologiyası və mühəndisliyi” ixtisasları qovşağında 2017-ci ildə 32 yaşında müdafiə edib, kimya üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülüb.

İ.İsmayılov elmi fəaliyyətini akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda davam etdirir.

O, ümumilikdə 110-dan çox elmi əsərin, o cümlədən 3 patentin və 1 monoqrafiyanın müəllifidir. Elmi əsərlərin 40-dan çoxu dünyanın nüfuzlu elmi jurnallarında çap olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!