Ərdoğan ABŞ-ı Qəzza zolağındakı vəziyyətə müdaxilə etməyə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan ABŞ-ı Qəzza zolağındakı vəziyyətə müdaxilə etməyə çağırdı

Dünya

15 Dekabr 2023 17:19 662


Türkiyə prezidenti amerikalı vəzifədaşı Co Baydenlə söhbətində Vaşinqtonu Qəzza zolağındakı vəziyyətə müdaxilə etməyə çağırdığını bildirib.

Yenisabah.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan jurnalistlərə deyib:

“Qəzza zolağı mövzusunu müzakirə etdik. Orada baş verən hadisələr nəticəsində 18 min insan: uşaqlar, qadınlar və qocalar həlak olub. Məktəblər, məscidlər və kilsələr dağıdılıb. Bunun nə dərəcədə humanist olduğunu müzakirə etdik, ABŞ-ın bu dəqiqə müdaxilə etməli olduğunu söylədik. Onların müdaxilə etməməsi insanlığa qarşı cinayətdir. Biz də boş oturmayacağıq, əlimizdən gələni etməyə davam edəcəyik”. pizza

Bundan əvvəl Ağ Ev Baydenin Ərdoğanla söhbət etdiyini, liderlərin Qəzza zolağına humanitar yardımın çatdırılmasını və Fələstin əhalisinin gələcəyini müzakirə etdiyini bildirib.

BMT Baş Assambleyasında qətnamə ilə bağlı səsvermə və onu dəstəkləyən ölkələrin sayının artmasından danışan Ərdoğan vəziyyətin dəyişdiyini qeyd edib. Türkiyə lideri İsrailin “tənhalığa doğru irəlilədiyi” və təcridinin daha da artacağı fikrini ifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!