Ərdoğan ABŞ-yə yollandı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan ABŞ-yə yollandı

Siyasət

16 Sentyabr 2023 20:55 628


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının ümumi müzakirələrində iştirak etmək üçün ABŞ-yə gedib.

Atatürk Hava Limanında təşkil edilən mətbuat konfransından sonra dövlət başçısı Nyu-Yorka yola düşüb.

Prezident Ərdoğanın BMT Baş Assambleyasında “Güvənin bərpası və Qlobal Həmrəyliyin Canlandırılması: 2030 Gündəmi və Davamlı İnkişaf Məqsədlərinə, Hamı üçün Sülh, Rifah, İnkişaf və Davamlılığa doğru fəaliyyətlərin sürətləndirilməsi” mövzusunda çıxış edəcək. Dominos pizza

Ərdoğanın Nyu-Yorkda olarkən həmkarları başda olmaqla bir çox yüksək səviyyəli görüşləri gözlənilir. Türkiyə Prezidenti sentyabrın 20-də ABŞ təmaslarını başa vuracaq./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!