Ərdoğan Baydenlə müzakirə edəcəyi mövzunu açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Baydenlə müzakirə edəcəyi mövzunu açıqladı

Siyasət

02 İyun 2021 01:51 1132


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində ABŞ Prezidenti Cozef Baydenlə müzakirəsini planlaşdırdığı mövzunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bildirib ki, amerikalı həmkarı ilə ABŞ və Türkiyənin münasibətlərindəki gərginliyi müzakirə etməyi planlaşdırır.

"Soruşacam ki, bizim münasibətlərimiz niyə belə gərgin oldu?", - Türkiyə rəhbəri jurnalistlərə açıqlamasında deyib. pizza sifarişi

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, ABŞ-ın sabiq prezidenti Donald Trampın zamanında Ankara və Vaşinqtonun münasibətləri gərginliyin bu həddinə çatmayıb. Türkiyə rəhbərinin sözlərinə görə, belə gərginlik Amerikanın əvvəlki demokrat prezidentlərinin zamanında da mövcud olmayıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Baydenlə görüşü iyunun 14-də NATO sammiti çərçivəsində baş tutacaq./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!