Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə mübarizədə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkür edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan rəsmi “Tvitter” hesabında paylaşım edib.
“Meşə yanğınları ilə mübarizəmizə dəstəyini, keçmiş olsun diləklərini, başsağlığını göndərən, kömək etməyə hazır olduğunu bildirən və yardım göndərən bütün dost ölkələrə və təşkilatlara millətim adından təşəkkür edirəm. İnşallah, bu çətin dönəmi ən qısa zamanda keçəcəyik. Dominos pizza
Xüsusilə ilk andan etibarən göstərdikləri dəstəyə görə can Azərbaycanın Prezidenti, əziz dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və İspaniyanın Baş naziri Pedro Sançesə ölkəm adından təşəkkürümü bildirirəm”, -deyə Türkiyə Prezidenti qeyd edib.
Mehri Qurban
Telegram kanalımız