Ərdoğan müxalifətlə görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan müxalifətlə görüşəcək

Siyasət

03 Oktyabr 2023 15:47 473


“Oktyabrın ilk həftəsindən sonra həm daxili nizamnamə, həm də yeni Konstitusiya ilə bağlı digər partiyaları ziyarət edəcəyik”. 

Yenisabah.az “Sözcü”yə istinadla xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) olan qrup sədri Abdullah Gülər deyib. 

O, əlavə edib: “Prezident Ərdoğan bu yaxınlarda parlamentdəki digər partiyalarla da görüşəcək və birlikdə simvolik yeni Konstitusiyanın elan edilməsi dəvətimizi çatdıracaq. Qəbul etsələr də, etməsələr də biz onların qapılarını döyəcəyik”, - əlavə edib.  Pepperoni pizza

Digər tərəfdən, AKP rəsmisi onu da qeyd edib ki, onun parlamentin müxalifət fraksiyaları olan CHP, İYİ Partiya, Yaşıl Sol Partiya və Türkiyə Böyük Millət Məclisində nümayəndələri olan digər partiyalara səfəri gözlənilir. 

Nəzrin MUSAYEVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!