Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO zirvəsində keçirəcəyi ikitərəfli görüşlərdə Ermənistanın Azərbaycana Qarabağda minalanmış ərazilərin xəritəsini verməməsi ilə bağlı mövzuya toxunacağını deyib.
Yenisabah.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Biz NATO-ya üzv ölkələrin liderlərinin zirvə görüşü çərçivəsində keçirəcəyimiz görüşlərdə Ermənistanla bağlı müzakirələrdə mina məsələsini də gündəmə gətirəcəyik. Təbii ki, mina məsələsi ilə bağlı əlaqəli şəxsləri dəstək göstərməyə və bu problemin həlli üçün kömək etməyə çağıracağıq”, - deyə Ərdoğan bildirib. Dominos pizza
Telegram kanalımız