Ərdoğan Naxçıvan səfərindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Naxçıvan səfərindən danışdı

Siyasət

26 Sentyabr 2023 20:47 424


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə Ankarada ölkə kabinetinin toplantısı keçirilib.

Yenisabah.az xəbər verir ki, iclasdan sonra mətbuata açıqlamalar verən dövlət başçısı Naxçıvana səfərindən danışıb, Qarabağın Azərbaycan torpağı olduğunu bir daha xatırladıb.

“Dünən dövlətimizin banisi olan Mustafa Kamal Atatürkün “Türk dünyasının qapısı” adlandırdığı Naxçıvanda qardaşlarımızı ziyarət etdik. Səfərimiz strateji anlaşmalarla yanaşı, həm də mühüm mesajlar verdi. Doğma topraqlarını terrorçu ünsürlərdən təmizləyən müzəffər Azərbaycan Ordusunu bir daha təbrik edirəm. Ermənistanın bundan sonrakı inkişafı yalnız qonşuları ilə dinc münasibətlərindən asılıdır”, - deyə dövlət başçısı bəyan edib. pizza sifarişi

O, çıxışında Zərngəzur dəhlizinin əhəmiyyətini vurğulayaraq yeni infrastrukturun Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bağlarını daha da möhkəmləndirəcəyini qeyd edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!