Ərdoğan: Netanyahu bütün Yaxın Şərqin gələcəyini təhlükə altına qoyur

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan: Netanyahu bütün Yaxın Şərqin gələcəyini təhlükə altına qoyur

Dünya

05 Dekabr 2023 17:55 609


İsrailin baş naziri Benyamin Netanyahu hökuməti siyasi ömrünü uzatmaq üçün bütün Yaxın Şərq regionunun təhlükəsizliyini və gələcəyini təhlükə altına qoyur.

Yenisabah.az “Anadolu”a xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin paytaxtı Dohada keçirilən Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) sammitində çıxışı zamanı deyib.

Türkiyə prezidentinin sözlərinə görə, beynəlxalq ictimaiyyət “Qəzza zolağında törədilən vəhşiliklərin Suriyanı da əhatə edəcək regional müharibəyə çevrilməsinə” imkan verməməlidir. Dördpendirli pizza

O, Türkiyənin İsrail-Fələstin münaqişəsi ilə bağlı prioritetinin dərhal və daimi atəşkəs və Qəzza zolağına humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etmək olduğunu bildirib.

Türkiyə prezidenti bildirib ki, İsrailin Qəzza zolağındakı hərəkətləri “insanlığa qarşı cinayət və cavab verməli olduğu hərbi cinayətdir”.

“Əsasən uşaq və qadın olan 17 min günahsız fələstinlinin ölümü insanlığa qarşı cinayətdir, müharibə cinayətidir. İsrail bu cinayətlərdən yaxa qurtarmamalıdır”, - deyə Ərdoğan xüsusilə qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!