Ərdoğan Özbəkistana gedir

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Özbəkistana gedir

Siyasət

07 Noyabr 2023 21:46 745


Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçiriləcək 16-cı Zirvə Toplantısında iştirak etmək üçün 8-9 noyabr 2023-cü il tarixlərində Özbəkistana səfər edəcək.

Noyabrın 9-da keçiriləcək sammitin iclasında çıxış edəcək Ərdoğan, toplantı çərçivəsində iştirakçı liderlərlə də ikitərəfli görüşlər keçirəcək.

Sammit çərçivəsində Türkiyənin qurucu üzvü olduğu qurumun fəaliyyətinin səmərəliliyinin artırılması, üzv ölkələr arasında ticarət, nəqliyyat şəbəkələri və əlaqələrin yaxşılaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır. pizza mizza

Xatırladaq ki, ötən həftə Prezident R.T.Ərdoğan Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısında iştirak edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!