Ərdoğan Qarabağ məsələsi barədə: “Azərbaycan öz göbəyini özü kəsdi”

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Qarabağ məsələsi barədə: “Azərbaycan öz göbəyini özü kəsdi”

Siyasət

02 İyun 2021 00:48 875


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT1 və TRT Haber telekanallarının ortaq yayımının qonağı olub.

Efirdən bir sıra maraqlı açıqlamalar verən dövlət başçısı Türkiyə - ABŞ münasibətləri, qondarma "erməni soyqırımı", həmçinin Qarabağ məsələsinə də toxunub.

R.T.Ərdoğan qondarma "erməni soyqırımı"nı ABŞ-la Türkiyə arasında münasibətlərin soyumasında başlıca amil olaraq qiymətləndirib. Dördpendirli pizza

“Münasibətlərimizdəki gərginliyin səbəbi qondarma "erməni soyqırımı"dır. Artıq bezdik. Hər dəfə 24 aprel gəldikdə, ABŞ nə deyəcək? İmkan verin bu işi tarixçilər görsün, antropoloqlar çalışsın. Bütün bu çalışmalardan sonra biz siyasətçilər olaraq, üzərimizə düşənləri edək. Ortada heç nə yox ikən, bu məsələni gündəmə gətirirsiniz.

İllər keçdi, "Minsk üçlüy"ü Azərbaycan - Ermənistan problemini həll edə bilmədi. "Minsk üçlüy"ü illərdir Qarabağ problemini həllə edə bilmədi. Sonda Azərbaycan öz göbəyini özü kəsdi”, - deyə prezident bəyan edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!