Ərdoğan Qarabağdan danışdı: “Qardaşlarımızı dəstəkləyəcəyik”

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Qarabağdan danışdı: “Qardaşlarımızı dəstəkləyəcəyik”

Siyasət

16 İyul 2021 07:46 1262


“Türkiyə Əfqanıstana davamlı olaraq dəstək göstərəcək”.

“Report” xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Hüquq və ədalət tələblərimizi siyasi riyakarlıq kimi qəbul edənlər məzlumların səsi, nəfəsi və ümidi olduğumuzu anlamadılar. Dostlarımıza və qonşularımıza özümüz üçün nə arzu ediriksə, onu da arzulayırıq. Bunu dünən Suriyada etdik, Liviyada və Qarabağda da etdik. Sabah Əfqanıstandakı və digər ölkələrdəki qardaşlarımızı da eyni ədalətli münasibətlə dəstəkləyəcəyik. 15 iyul bu cəhdin simvoludur”, - o deyib. pizza sifarişi

Bundan əvvəl Ərdoğan ölkəsinin, ABŞ-ın maliyyə dəstəyi ilə Əfqanıstanda hərbi kontingent saxlamağa hazır olduğunu açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!